Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev və xanımı Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimində

Stadionun daxili sahəsi 120,830 kvadratmetr olacaq

Tədbirdə, həmçinin FİFA-nın prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri, futbol veteranları və digər qonaqlar iştirak etmişlər.

Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyevə məlumat verildi ki, paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaqdır. Burada müxtəlif funksiyalı tribunaların, qaçış zolağının və digər infrastrukturun inşası nəzərdə tutulmuşdur.

Bildirildi ki, daxili sahəsi 120,830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaqdır. Stadionun layihələndirilməsi ilə bağlı ilkin işlərə 2008-ci ildən başlanmışdır.
Sonra dünya və Azərbaycan futbol tarixindən bəhs edən film nümayiş olundu.
Azərbaycan Prezidenti İlham Əliyev, UEFA prezidenti Mişel Platini və FİFA-nın prezidenti Yozef Blatter mərasimdə nitq söylədilər.

Daha sonra stadionun təməlqoyma mərasimi oldu.

Dövlətimizin başçısı metal gilizi rəmzi topun içərisinə qoydu. Prezidentin oğlu Heydər Əliyev topu rəmzi qapıya vuraraq bünövrəyə saldı.

Dövlətimizin başçısı beton qarışığı tökən qurğunu işə saldı.
Prezident İlham Əliyev, FİFA-nın prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini xatirə topunu imzaladılar.

Sonra xatirə şəkli çəkdirildi.
Mərasimdə iştirak edən qonaqlar Prezident İlham Əliyev ilə söhbətlərində bir daha dövlətimizin başçısına Azərbaycanda idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdilər.






6 İyun, 2011  20:47 Baxılıb: 1007 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner