Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Səhiyyə Nazirliyi: "7 nəfər reanimasiyaya yerləşdirilib

Səhiyyə Nazirliyi gəmidə 14 nəfərin xəsarət aldığı qəza barədə məlumat yayıb. Xəzər dənizində, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında baş vermiş qəza nəticəsində ümumilikdə 14 nəfər xəsarət alıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.

O bildirib ki, xəsarət alanlardan 7 nəfəri reanimasiyaya yerləşdirilib: "Reanimasiyada olan yaralılardan 3 nəfərinin vəziyyəti ağırdır". P. Abubəkirov qeyd edib ki, xəsarət alanlardan 7 nəfəri isə stasionar şəraitdə müalicə olunur.

Qeyd edək ki, ötən gün axşam saatlarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin balansında olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında texnoloji avadanlıqların birində qəza baş verib. Hazırda "Saipem" şirkəti tərəfindən icarəyə götürülmüş gəmidə hadisə nəticəsində yanğın baş verib. 14 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıblar.






9 May, 2019  10:26 Baxılıb: 770 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner