Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Axtarışda olan 112 nəfər saxlanıldı

May ayı ərzində Azərbaycanın dövlət sərhədini pozduğuna və ya pozmağa cəhd göstərdiyinə görə 40 halda 75 nəfər saxlanılıb.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib. Saxlanılanların 57 nəfəri Azərbaycan, 4 nəfəri İran İslam Respublikası, 4 nəfəri Pakistan, 3 nəfəri Macarıstan, 3 nəfəri Banqladeş, 2 nəfəri Özbəkistan, 1 nəfəri Moldova, 1 nəfəri Nigeriya vətəndaşıdır. Sərhəd nəzarət buraxılış məntəqələrindən 28 halda 54 nəfər saxta sənədlə, 2 halda 2 nəfər özgəsinə məxsus sənədlə, 1 halda 1 nəfər gizli şəkildə dövlət sərhədindən keçməyə cəhd edərkən saxlanılıb. Sərhəd rejim qaydalarını yaşıl sərhəddə pozarkən 10 halda 31 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 112 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. 

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 6 halda 720 qram narkotik maddənin, o cümlədən 555 qram heroinin, 3 qram tiryəkin, 162 qram müxtəlif narkotik həbin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Mayın 20-də Astara Sərhəd Nəzarət Məntəqəsində İrandan Azərbaycana qayıdarkən Lənkəran rayon sakinləri – 1979-cu il təvəllüdlü Tağıyeva Vüsalə Vaqif qızının bədənində 24 qram heroin, 1984-cü il təvəllüdlü Adıgözəlov Səbuhi Vaqif oğlunun bədənində 82 qram heroin aşkarlanıb. Analoji hal Astara Sərhəd Nəzarət Məntəqəsində mayın 23-də baş verib. İrandan Azərbaycana qayıdarkən Bakı şəhər sakinləri 1959-cu il təvəllüdlü Məmmədova Səyyarə Məcid qızının bədənində 125 qram heroin, 1982-ci il təvəllüdlü İsayeva Xanım Əflatun qızının bədənində 100 qram heroin aşkarlanaraq götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 74 halda ümumi dəyəri təqribən 71,4 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd rezin qayıq, 257 ədəd mobil telefon, 1061 ədəd mobil telefon aksesuarları, 883 ədəd araq, 82 ədəd çaxır, 614 qutu siqaret, 13100 ədəd DVD diski, 11 ədəd dini kitab, müxtəlif ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanıb.

Respublikanın dəniz sərhədləri istiqamətində dövlət sərhədinin mühafizəsi və sərhəd rejim qaydalarının qorunması istiqamətində keçirilmiş tədbirlər nəticəsində 13 halda 23 nəfər sərhəd rejim pozucusu saxlanılıb, dənizdən 45800 metr tor və 46300 ədəd qarmaq aşkar olunaraq götürülüb.






6 İyun, 2011  20:23 Baxılıb: 1025 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner