Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Biləsuvarda keçmiş məhkumlardan 1 kq heroin götürülüb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1,1 kiloqramdan atıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Biləsuvar rayonunun Günəşli kənd sakini, əvvəllər məhkum olunmuş Bəhruz Həsənov və həmkəndlisi, əvvəllər məhkum olunmuş Xalid Cəbrayılov B.Həsənovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə saxlanılıb. Saxlanılarkən X.Cəbrayılovun üzərinə keçirilən baxış zamanı 11.726 qram narkotik vasitə olan heroin, avtomobildən isə 1 kiloqram 105 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Onlar narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından əldə etdiklərini bildiriblər. Faktla bağlı araşdırma aparılır.(ona)






29 Aprel, 2019  16:25 Baxılıb: 628 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner