Tovuz rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb. Kənd sakini, 1971-ci il təvəllüdlü Abdiyev Oqtay Mikayıl oğlu münaqişə zəminində həmkəndlisi, 1949-cu il təvəllüdlü Tağıyev Cəlal Səməd oğlunu bıçaqlayıb. Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, orada ölüb. Faktla bağlı cinayət işi başlanıb.(trend)