Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hüseyn Abdullayevin işi üzrə məhkəmə prosesi davam etdirilib

Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən növbəti baxış iclasında mülki iddiaçı və şahidlər dindiriliblər.

Vergilər Nazirliyinin əməkdaşları Qoşqar Bədirxanov və Xəyal Əhmədov məhkəmə iclasında mülki iddiaçı kimi ifadə verərkən iddianı müdafiə etdiklərini bildirməklə göstəriblər ki, Hüseyn Abdullayev əldə etdiyi qazancdan dövlət büdcəsinə ödəməli olduğu 23 milyon 689 min manat məbləğində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırıb.

Onlar ifadələrində vurğulayıblar ki, sabiq deputat «Kənan S» MMC-də 2011-2014-cü illər ərzində mövsümi işçilərin sayını bilərəkdən azaldaraq muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalı olan vergini anası Zeynəb Abdullayeva ilə birlikdə ödəməkdən yayındırıb.

Məhkəmədə həmçinin müəyyən olundu ki, H.Abdullayev anası Zeynəb Abdullayeva ilə birlikdə fəaliyyətinə rəhbərlik etdiyi «Araz-SA» MMC-nin istifadəsində olan torpaq sahəsinin ölçülərini 2011-2017-ci illər ərzində vergi orqanına təqdim edilmiş rəsmi bəyannamələrdə qəsdən azaldaraq ümumilikdə 171 min 500 manat məbləğində külli miqdarda əmlak torpaq vergisini Zeynəb Abdullayeva ilə birlikdə qəsdən ödəməkdən boyun qaçırıb. Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin edilib.(trend)






23 Aprel, 2019  18:43 Baxılıb: 847 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner