Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva: "Əhməd bəy Ağaoğlunun abidəsi ucaldılsın"

Millət vəkili Qənirə Paşayeva bu gün parlamentin iclasında çıxışı zamanı Prezident İlham Əliyevə özünün və ziyalılar adından böyük mütəfəkkirlərdən biri, ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamından dolayı təşəkkürünü bildirib. Simsar.az - ın məlumatına görə, Q.Paşayeva bildirib ki, Əhməd bəy Ağaoğlu Azərbaycanın yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir: "Əhməd bəy Ağaoğlu erməni daşnaklarının XX əsrin əvvəllərində dinc azərbaycanlılara qarşı törətdiyi qətliamlara, cinayətlərə qarşı mübarizədə "Difai" təşkilatını quraraq böyük rol oynamışdı. Ziyalılarımız adından müvafiq qurumlara müraciət edərək xahiş etmək istərdim ki, Əhməd bəy Ağaoğlunun əslən Şuşadan, Qarabağdan olduğunu nəzərə alaraq Qarabağ bölgələrinin birində Əhməd bəy Ağaoğlunun heykəlinin, abidəsinin ucaldılması çox yaxşı olardı".

Eyni zamanda onun haqqında filmin çəkilməsi də çox vacib məsələ olduğunu deyən deputat bununla bağlı təklif irəli sürüb: "Xalq şairimiz Sabir Rüstəmxanlı Əhməd bəy Ağaoğlunun həyatından bəhs edən "Difai fədailəri" adlı əsər yazıb və bu əsər əsasında filmin çəkilməsi çox yaxşı olardı".






23 Aprel, 2019  13:56 Baxılıb: 820 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner