Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

MİLLİ KİTAB MÜKAFATININ QALİBİ ƏTRAFINDA QALMAQAL DAVAM EDİR

Nigar Köçərli: “Nəticələrdən razıyam”

Pərviz Cəbrayılov: “Rəşad Məcidə təşəkkür edirəm”

İyunun 4-ü Milli Kitab Mükafatının (MKM) qalibləri elan olundu. Bu dəfə ki, müsabiqə qalmaqalla yadda qaldı. Seçimlərdən etiraz edən iki münsif , Çingiz Abdulleyev və Rəşad Məcid müsabiqəni tərk etdiklərini bildirdilər. İlk dəfə bu xəbəri simsar. az saytı yaydı. 
Xəbərdə deyilirdi: “Azərbaycan Yazıçılar Birliyinin katibləri Çingiz Abdullayev və Rəşad Məcid Milli Kitab Mükafatının münsiflər heyətindən uzaqlaşıblar. Hər iki yazıçı qaliblərin seçim qaydalarına etiraz olaraq bu addımı atıblar. Ç.Abdullayev və R.Məcid daha samballı əsərlərin kənarda qaldığını, qiymətləndirmənin düzgün aparılmadığını bəyan ediblər”.
Müsabiqənin nəticələrinə görə, birinci yerə Pərviz Cəbrayılov, ikinci yerə Məqsəd Nur, üçüncü yerə isə Nəriman Əbdurrəhmanlı və Natiq Rəsulzadənin əsərləri layiq görülüb.
R.Məcid isə Pərviz Cəbrayılovun “Yad dildə” romanının birinci yerə layiq görülməsini obyektiv hesab etmir. AYB katibi mətbuata açıqlamasında deyib ki, P.Cəbrayılovun “Yad dildə” romanı istər bədii, istərsə də digər keyfiyyətlər baxımından birinciliyə layiq deyil, buna görə də münsiflər heyətinin bir neçə üzvi Milli Kitab Mükafatına etiraz olaraq istefa ediblər: “Biz Çingiz Abdullayevlə birgə etiraz əlaməti olaraq münsif vəzifəsini tərk etdik. Bu sıraya Rəbiyyət Aslanovanın və digər bir neçə münsifin də qatılacağına inanıram”.
Simsar.az qalmaqalda adı hallanan qaliblə və Milli Kitab Mükafatının təsisçisi və bu müsabiqənin təşkilatçısı Nigar Köçərlidən məsələyə münasibət öyrəndi:

Nigar Köçərli: “Bu mükafatı ona görə təsis etdik ki, Azərbaycan ədəbiyyatının inkişafına xidmət etsin. Müsabiqənin təşkilatçısı kimi deyə bilərəm, çalışdım ki, müsabiqə obyektiv, təmiz və şəffaf keçirilsin. Belə də oldu. Müsabiqə ədalətli keçirildi və mən bu nəticələrdən razıyam”.

Pərviz Cəbrayılov: “Münsiflər heyyətinin yaxud da təşkilat üzvlərindən kimlərinsə fikri üstə-üstə düşürsə, Rəşad Məcid də bunu bir qrup münsif və təşkilat üzvlərinin əvvəlcədən fikirləşərək, məqsədli şəkildə məni qalib etməsini deyirsə, bu onun fikridir. Elə Rəşad Məcid də daxil olmaqla bütün münsiflər heyyətinə təşəkkürümü bildirirəm ”.

Aynurə Həsənova 






6 İyun, 2011  16:42 Baxılıb: 1269 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner