Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Sankt-Peterburqda Nizami Gəncəvi adına bağ

Tədbirdə Leyla Əliyeva və Bolad Bülbüloğlu iştirak edib

Sankt-Peterburqda 12-ci əsr dahi Azərbaycan mütəfəkkir şairi Nizami Gəncəvinin 870 illiyi münasibətilə onun adını daşıyan bağın açılışı olub. Simsar.az-ın məlumatına görə, tədbiri Rusiyanın Azərbaycan Gənclər Təşkilatının (RAGT) sədri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva açıb.

Mərasimdə çıxış edən Leyla Əliyeva deyib: “Bu gün Sankt-Peterburq şəhərinin administrasiyası ilə Rusiya Federasiyasında Heydər Əliyev Fondunun nümayəndəliyinin daha bir layihəsini – Nizami Gəncəvi bağını açırıq”. O xatırladıb ki, 2002-ci il iyunun 9-da Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin aşılışında Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev iştirak ediblər.

Leyla Əliyeva əlavə edib ki, şairin anadan olmasının 870 illiyi münasibətilə bu il Heydər Əliyev Fondunun hamiliyi ilə bağçada unikal qranit skamyalar, Nizami Gəncəvinn poemalarından fraqmentləri əks eləyən bədii işıqlandırma quraşdırılıb. Həmçinin abidənin özü restavrasiya edilib. Sankt-Peterburqun qubenatornun göstərişiyləsə bu gözəl bağa Nizami Gəncəvinin adı verilib.

Leyla Əliyeva şəhər administrasiyası da daxil olmaqla bu təntənəli tədbirə qatılanların hamısına təşəkkürünü bildirib.

Öz növbəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Nizaminin abidəsinin ərsəyə gəlməsinin tarixçəsindən söz açıb, qeyd edib ki, şairin yubileylərini Sankt-Peterburqun ziyalıları hətta ən ağır illərdə belə qeyd ediblər.

O, Sankt-Peterburqda Nizami Gəncəvinin abidəsinin qoyulmasında iştirak edən və buna dəstək verən hər bir şəxsə təşəkkürünü bildirib – bunlar şəhərin ilk meri Anatoli Sobçak, sonrakı mer Anatoli Yakovlev, bu gün isə qubernator Valentina Matviyenkodur.

Sankt-Peterburq hökümətinin mədəniyyət üzrə komitə sədrinin müavini Aleksandr Platunov bu hadisənin – dünya mədəniyyətində iz buraxmış Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi bağının açılışının Sankt-Peterburq sakinləri üçün önəmindən danışıb.

Petroqrad rayonu administrasiyası başçısının müavini Nadejda Solomaxina əlavə edib ki, bu hadisə Rusiya və Azərbaycan xalqları arasındakı ənənəvi dostluğun əyani təzahürüdür.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Nizami adına bağın açılışını şəhərin Azərbaycan icmasının həyatında əhəmiyyətli rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi RF-də bir çox layihələri həyata keçirir. O, bunların sırasında tanınmış azərbaycanlı alim Fərman Salmanovun abidəsinin açılışını, həmçinin ötən ilin payızında Sankt-Peterburqda qəhrəman azərbaycanlıların xatirə stelasının quraşdırılmasını göstərib.

Sonra Leyla Əliyeva simvolik lenti kəsib, Nizami Gəncəvinin abidəsi önünə gül dəstəsi qoyub və bağla tanış olub.






6 İyun, 2011  15:13 Baxılıb: 1449 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner