Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əməkdar artist “Space”dəki verilişin aparıcısı üçün MÜRACİƏT ETDİ

“Neçə ilərdir ki, Anarı şəxsən tanıyıram. Və ona dəyərli bir insan kimi böyük hörmətim var. Anar və eləcə də heç bir aparıcı canlı yayımda baş verəcək hadisələrə “qarant” ola bilməz”.Bu sözləri sosial şəbəkədə Əməkdar artist Aybəniz Haşımova “Space” kanalında yayımlanan “Hər səhər” verilişindən qovulan aparıcı Anar Vaqifoğlu haqqında yazıb. Sənətçi instaqram vasitəsilə kanalın rəhbəri Vaqif Mustafayevə müraciət edib. O, qeyd edib ki, “Hər səhər” verilişində Rüfət Axundov və Rəşad İlyasovun qeyri-etik ifası aparıcı Anar Vaqifoğlunun işdən çıxarılmasına səbəb olub:“Mənim üçün Rəşad İlyasov və Rüfət Axundov çox əzizdirlər. Kaş ki, belə olmayaydı. Amma insan yıxılır, ölür və olacağa nə çarə… Allah da bağışlayanları sevir. Anarın günahsız yerə qurban getməsi məni çox incidir. Ona görə də dəyərli Vaqif Mustafayevdən xahiş edirəm ki, Anarın günahsız yerə qurban getməsinə imkan verməsin. Rəşad və Rüfətin dolanışıq yerləri var. Anar və orada çalışan rejissorun uşaqlarının ümid yeri yalnız Space TV və FM-dir”.

Qeyd edək ki, Rüfət efirdə fonoqramla xalq mahnısını oxuyarkən sözlərini dəyişərək qeyri-etik ifadələr işlədib. Səs rejissorunun mikrofonu bağlamağı unutması nəticəsində söyüş efirə gedib. Nəticədə aparıcı və verilişin texniki heyəti işdən uzaqlaşdırılıb, həmçinin Rüfət Axundova kanallarda qadağa qoyulub.

MTRŞ isə aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunması ilə bağlı protokol tərtib edib.(yeniavaz.com)






10 Aprel, 2019  09:20 Baxılıb: 887 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner