Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev Ərdoğanı təbrik edib

Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qurucusu olduğu və başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının Türkiyədə keçirilən bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

Prezident İlham Əliyev bu qələbənin Prezident Rəcəb Tayyib Ərdoğana və onun yürütdüyü siyasətə Türkiyə xalqının dəstəyinin nümayişi olduğunu bildirib. Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib. Telefon danışığı zamanı xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.






31 Mart, 2019  23:31 Baxılıb: 835 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner