Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Polis xəstə uşağın həyatını xilas etdi

Bakı şəhər sakini Kazım Hüseynov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda polis əməkdaşlarına minnətdarlığını bildirir. Verilən məlumata görə, K.Hüseynov qeyd edir ki, Novruz bayramı ərəfəsində Balakən rayonunda dayısıgildə qonaq olub. Martın 24-də dayısının yeni doğulmuş körpəsinin səhhəti qəfildən pisləşib. Uşağı Qax rayonunda olan həkim pediatra çatdırmaq lazım gəlib. Onlar təcili Qax şəhərinə yollanıblar. Yolu tanımadıqlarından şəhərin girişində xidmət aparan Yol Patrul Xidməti avtomobilinə yaxınlaşıblar.

Vəziyyəti polis əməkdaşına izah edərək körpəni təcili həkimə çatdırmaq üçün yolu soruşublar. Yol polisi əməkdaşı xidməti avtomobili ilə onları xəstəxanaya qədər müşayiət edib.

Müəllif polisin bu cür davranışının, diqqət və qayğısının, xeyirxah və humanist əməllərinin insanlarda çox böyük fərəh hissi oyatdığını yazır.

O, şəxsi heyətin xalqa xidmət ruhunda tərbiyə olunmasına, humanizminə görə DİN rəhbərliyinə, həssas münasibətinə görə Qax DYPB-nin əməkdaşı Anar Qurbanova təşəkkürünü bildirir.(yeniavaz)






29 Mart, 2019  18:43 Baxılıb: 882 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner