Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Meyxanaçı Vüqarın tamaşası möhtəşəm alındı -FOTO

Bakı Estrada Teatrının “Toy Nazınındı” hesabat konserti oldu

Dünən meyxançı Vüqarın bədii rəhbəri olduğu Bakı Estrada Teatrının hesabat konserti baş tutdu. “Toy Nazınındı” adlı tamaşa Yaşıl Tetrda gerçəkləşdi. 

Tamaşanın ssenaristi, rejissoru və tərtibatçısı meyxanaçı Vüqar səhnə əsərində indiki toyların durumunu gülüş hədəfinə çevrildiyin deyib: “Biz toy tamaşası qurmuşuq ki, burda musiqidən, rəqsdən, meyxanadan istifadə etmək mümkün olsun. Nazı əsərin qəhramanıdı. Məqsədimiz iki gəncin xoşbəxtliyi ətrafında bu qədər oyunlar çıxartmağın mənasızlığını göstərməkdir. Bu konsert-tamaşa ilə indiki, qondarma toylarımızın vəziyyətini göstərməyə çalışacağıq”.

Tamaşada Vüqarla yanaşı Elton, Mir Kamil, Fərda Xudaverdiyyev, Emil Bədəlov və Rəşad Dağlı, Pərviz Bülbülə, Orxan Lökbatan çıxış ediblər.

Meyxana usatası hesabat konsertindən sonra tanınmış aktyorlarla əməkdaşlıq edəcəyini bildirib: “Təəssüf ki, ixtisasımın əksinə olaraq, teatrdan çox uzaq idim. Gündəmdə konkret meyxana ilə qalmışdım. İşçilərimiz 24 nəfərdi. İstəyirəm yeni tamaşalar üzərində işləyib, bir neçə müddətdən sonra Bakı Estrada Teatırını gözəl teatırların birinə çevirim”.

Tamaşada “Əhməd haradadır” filimindən epizod nümayiş olunub. Tamaşada Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edirdi.

Qeyd edək ki, tamaşaçıların arasında Xalq artisti Alim Qasımov, tanınmış aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, "Planeta Parni iz Baku"-nin üzvləri Tahir və Cabir İmanovlar, aktrisa Vəfa Zeynalova, Mənəvi Dünya İctimai Birliyinin sədri Hacı Şahin Həsənli və başqaları var idi.

Simsar.az






4 İyun, 2011  15:53 Baxılıb: 2104 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner