Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Faytonçu Nazim "Darıxmışam, Bakıdan danış" dedi

Ötən gün Heydər Əliyev sarayında müğənni Faytonçu Nazimin “Darıxmışam, Bakıdan danış” adlı solo konserti baş tutub. Simsar .az xəbər verir ki, yaradıcılığı ərzində ilk dəfə solo konsertlə dinləyicilərinin qarşısına çıxan ifaçı media nümayəndələrinı açıqlama verərkən həyəcanlı olduğunu bildirib:

“Ölkənin ən mühüm səhnəsi olduğu üçün həyəcan var. Bu mənim ilk solo konsertimdir. Düşünürəm ki, mənim yerimdə olan hər bir sənətçi eyni hissləri keçirərdi.

Həm öz mahnılarım həm də repertuarımdan kənar mahnılar ifa edəcəyəm. Əsas odur ki, insanların sevdiyi bəstələr səslənəcək.

İstəyirəm ki, Bakıdan danışaq, dinləyicilərə xoş əhval-ruhiyyə verək”.

Həm də 50 illik yubileyini qeyd edən sənətçi daha sonra səhnəyə çıxaraq zalda əyləşənləri salamlayıb.

Ard-arda “Faytonçu”, “Yuxu”, “Gözləyəcəyəm” kimi sevilən mahnılarını səsləndirən ifaçının “Necə unudum səni” adlı bəstəsi xüsusi alqışla qarşılanıb.

Tanınmış simaların da qatıldığı gecədə xalq artisti Flora Kərimova da iştirak edib. O, tədbirin səbəbkarı haqda müstəb fikirlər səsləndirib.

Konsertdən olan görüntüləri təqdim edirik:






30 Noyabr, 2018  10:51 Baxılıb: 2239 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner