Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

Gözdən Əlil Şahmat və Dama Federasiyasının fəxri prezidenti seçildi

 

Avqustun 17-də Azərbaycan Gözdən Əlil Şahmat və Damaçılar Federasiyasının fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilib. Simsar.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ərşad Nəsibov federasiyanın fəliyyətindən söz açaraq qarşıda duran vəzifələrdən danışıb və tədbirin qurumun yeni heyətinin yaradılmasına həsr olunduğunu deyib.

O, federasiyanın fəxri prezident vəzifəsinin təsis olunduğunu, bundan sonrakı dövr ərzində səlahiyyət bölgüsünü fəxri prezidentin həyata keçirəcəyini və bu vəzifəni icra edən şəxsin gələcəkdə federasiya prezidenti olacağını qeyd edib. Nazirliyin nümayəndəsi federasiyanın fəxri prezident vəzifəsinə iş adamı Səbuhi Rəcəbin təyin olunduğunu açıqlayıb. Bildirilib ki, bundan sonra fəxri prezident federasiyanın fəaliyyəti ilə bağlı bütün məsələlərə - qəbul edilən qərarlar, federasiya adından müraciətlər, rəsmi məktub və digər sənədlərin imzalanması, beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq siyasətinin həyata keçirilməsi, onun maddi-texniki bazasının, illik təqvim planının formalaşdırılması və icra edilməsinə rəhbərlik edəcək.

Gözdən Əlil Şahmat və Damaçılar Federasiyasının prezidenti Camal Cabbarov çıxış edərək ölkəmizdə idman siyasətinin dövlət tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Şahmat və damanın insan yaddaşı üçün sanki gimnastika olduğunu deyən federasiya prezidenti gözdən əlil idmançılar üçün bu növün böyük əhəmiyyətindən danışıb.

O, qeyd edib ki, federasiyanın fəaliyyətini daha da gücləndirmək üçün qurumun üzvlərinin sayının artırılması, fəxri prezidentin və idarə heyətinə yeni üzvlərin seçilməsi zərurəti yaranıb.

Günel Məmmədhəsənova, Fərəh Quliyeva, Lətifə Fətəliyeva, Ləman Əsgərova, Vlada Axundova, Tərlan Fərzullayev, Zümrüd Mirzəliyeva, Səbuhi Rəcəb və Murad Rəcəb federasiyanın üzvləri seçildiyi diqqətə çatdırılıb.

 

Sonra çıxış edən federasiyanın fəxri prezidenti Səbuhi Rəcəb dünyanın qabaqcıl ölkələrindən biri olan Azərbaycanın, həm də idman ölkəsi kimi diqqəti cəlb etdiyini bildirib. Federasiyanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulmasının vacibliyini qeyd edən Səbuhi Rəcəb gələcəkdə şahmat və dama üzrə perspektivli idmançıların hazırlanması və yarışlarda iştirakı üçün köməyini əsirgəməyəcəyini qeyd edib. İdmana yeniyetmə yaşlarından bağlanan, karate, peşəkar boks kimi növlərlə məşğul olduğunu deyən Səbuhi Rəcəb federasiyanın daha uğurla fəaliyyət göstərməsində əsas məqsədin Azərbaycanın idman şərəfini beynəlxalq arenalarda yüksəklərə qaldırmaq olduğunu deyib: “Bu gün hər birimiz Azərbaycanın yüksək sürətlə inkişaf edən ölkələr sırasına daxil olmasından böyük qürur hissi keçiririk. Ümid edirik ki, gələcəkdə gözdən əlil şahmat və damaçılarımız da yüksək nailiyyətlər əldə edərək idmanımızın inkişafına öz töhfələrini verəcəklər. İdmana bağlı bir insan kimi, söz verirəm ki, daim gözdən əlil şahmat və damaçıların yanında olacağam və köməyimi əsirgəməyəcəyəm”.






18 Avqust, 2018  02:17 Baxılıb: 836 Çap

Bu bölmədə

27 Noyabr, 2018
Sabahın HAVASI
15 Noyabr, 2018
Havada bulud olacaq

XƏBƏR LENTİ

8 Dekabr, 2018  14:12



27 Noyabr, 2018  12:59



21 Noyabr, 2018  12:59



15 Noyabr, 2018  13:24









3 Noyabr, 2018  19:22


18 Oktyabr, 2018  09:42





16 Oktyabr, 2018  17:30





16 Oktyabr, 2018  12:34


16 Oktyabr, 2018  09:40

16 Oktyabr, 2018  09:37

16 Oktyabr, 2018  09:35




13 Oktyabr, 2018  09:30





12 Oktyabr, 2018  09:21