Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi olub

Birgə və Sağlam" ictimai birliyinin və "Ümid var" xeyriyyə cəmiyyətinin təşkilatçılığı, AS Group şirkətinin baş sponsorluğu ilə aprelin 30-da saat 18:30-da YARAT Müasir İncəsənət Mərkəzində autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi olub.

"Autizm– Fərqli və Bizdən Biri" adlanan moda nümayişində Azərbaycanda bizim təşəbbüsümüzlə artıq üçüncü dəfə podiuma autizmli uşaqlar çıxıb.  Hər zaman böyük  qayğiya ehtiyacı olan autizmli uşaqlar bu dəfə " My Brands" mağazalar şəbəkəsinin yaz-yay kolleksiyalarını təqdim ediblər. Kolleksiyanı podiumda "Birgə və Sağlam" ictimai birliyinin reabilitasiya mərkəzinin 20 uşağı nümayiş  etdirib.  Uşaqları podiuma "Sevimli Bala" uşaq kulubunun tərkibində fəaliyyət göstərən Kiddoz Model Agentliyi hazırlayıb.

Tədbirin düzənlənməsində bizim yanımızda  olan şirkətlərin dəstəyi ilə baş  tutan dəfilə həm də maarifləndirici xarakter daşıyır.   Məlumat üçün bildirək  ki, aprel ayi  Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2007-ci ildən etibarən Ümumdünya  Autizm Maarifləndirilməsi ayı kimi qeyd edilir.  Bu səbəbdən də tədbir boyu qonaqlarımızın "Autizm nədir?" sualına cavab tapması üçün müxtəlif qısametrajlı filmlər göstəriləcək, autizmi anladan bukletlər  paylanacaq.  Ətrafındakı insanlardan anlayış, sevgi, qayğı  gözləyən bu uşaqların cəmiyyətə inteqrasiyası, sosiallaşması baxımından da tədbirimiz mühüm əhəmiyyət kəsb edir."- deyə təşkilatçı bildirib.

Çox maraqlı proqramla təqdim olunan moda nümayişində autizmli uşaqların başqa istedadları da nümayiş edildi. Belə ki, onların xor şəklində ifaları “biz də cəmiyyətin ayrılmaz parçasıyıq” mesajını verdi. Tədbirdə əməkdar artist Tünzalə Ağayeva,  musiqisi ona, sözləri Murad Arifə məxsus autizmli uşaqlara həsr etdikləri "Fərqliyəm" mahnısını ifa edib. Tədbirdə başqa sənətçilər Natavan Həbibi və modelyer Gülnarə Xəlilova da iştirak edib.

Qeyd edək ki, Moda nümayişindən əldə olunan vəsait "Birgə və Sağlam" ictimayi birliyinin reabilitasiya mərkəzinin  imkansız ailələrinin autizmli uşaqlarının təhsilinə sərf olunacaq.










2 May, 2018  10:35 Baxılıb: 6315 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner