Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ABŞ səfiri Azərbaycan İqtisadiyyatını təriflədi

Qeyri-neft sektorunun inkişafını alqışlandı

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Azərbaycanda qeyri-neft sektorunun inkişafını və bu sahədə həyata keçirilən islahatları alqışladığını bəyan edib.

Simsar.az-ın xəbərinə görə, səfir bu bəyanatı Bakıda USACC-nin (ABŞ-Azərbaycan Ticarət Palatası) təşkilatçılığı ilə keçirilən ABŞ və Azərbaycan üçün Biznes İmkanları VII biznes və investisiya konfransında çıxış edərkən səsləndirib.

Onun sözlərinə görə, Azərbaycandakı maliyyə sabitliyi ölkəni investisiyalar üçün əlverişli məkana çevirib: “Azərbaycan qlobal maliyyə böhranını uğurla arxada qoydu ki, bu da bizi sevindirməyə bilməz”.

Səfir qeyd edib ki, Azərbaycanın rayonlarına çoxsaylı səfərləri zamanı kənd təsərrüfatının inkişafı, aqrar sektorun stimullaşdırılması və fermerlərin dəstəklənməsi sahəsində hökumətin gördüyü işlərlə yerindəcə tanış olub: “İnvestisiyalar üçün sahələrdən biri inkişaf etməkdə olan kənd təsərrüfatı ola bilər”. M.Brayza digər sahələrdən informasiya texnologiyalarının adını çəkərək, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun bu yaxınlarda Vaşinqtona gerçəkləşən səfərini xatırladıb.

Diplomat Azərbaycanın coğrafi mövqeyini vurğulayaraq, bunun sayəsində ölkənin nəhəng nəqliyyat qovşağına çevrilməsi imkanlarına diqqət çəkib: “Aeroport və limanların genişləndirilməsi bu imkanların artmasına təkan verəcək”.

Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində qalib gəldiyini xatırladan M.Brayza bu qələbənin ölkənin inkişafı və imici üçün böyük imkanlar açdığını söyləyib: “Azərbaycana gələn hər kəs etiraf edir ki, ölkə dinamik dəyişir, inkişaf edir. Yuxarıda sadaladıqlarım isə ölkənin qeyri-neft sektorunun inkişafı üçün pozitiv məqamlardır və ABŞ bu məsələdə Azərbaycanı dəstəkləməyə hazırdır”.






3 İyun, 2011  19:22 Baxılıb: 1318 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner