Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

"Başını kəsərəm" məsələsinə tərəflər aydınlıq gətirdi

Elçin Əlibəyli: "Əgər təhdidlər davam edərsə..."

Simsar.az xəbər verir ki, Space TV-də şoumen Kamran Həsənlinin təqdimatında canlı yayımlanan "Onda başladıq" verilişində qonaq olan əməkdar artist, müğənni Baloğlan Əşrəfov digər qonaq sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəylini başını kəsməklə hədələyib. Teleaparıcı öz facebook səhifəsində məsələyə aydınlıq gətirib: "Baş verən hadisəyə aydınlıq gətirim. Bir neçə il öncə verilişimdə Baloğlan Əşrəfov Üzeyir bəy Hacıbəylini kəskin tənqid edərək, onun "çetvert ton" deyilən hind-fars xırdalılıqlarını musiqimizdən çıxartdığını, Avropa üslubuna uyğunlaşdırdığı üçün xəyanətkar adlandırmışdı. Bu məsələ o vaxt çox qınanıldı. Mənə də zəng edib hədələdilər ki, Baloğlanla işim olmasın. Mən fikir vermədim. Kamranın verilişində mövzu tənqid idi. Mən bu məsələni qeyd edən kimi Baloğlan Əşrəfov özündən çıxdı, belə bir şeyin olmadığını dedi. Halbuki, həm o, həm də Aygün Kazımovanın aparıcısı olduğu "Xoş gördük" verilişlərin arxivi, söhbətin canlı şahidləri var. Buna görə canlı efirdə Baloğlan Əşrəfov mənim başımı kəsəcəyini dedi və fasilə vaxtı küçə söyüşləri söydü. Mən mədəniyyətimi qoruyub heç bir cavab vermədim. Amma Üzeyir bəy Hacıbəyliyə qarşı haqsız ittihamın qarşısında susmayacağam". Simsar.az ictimailəşən mövzu ilə bağlı E.Əlibəylinin  səslənən hədələrə görə hüquq-mühafizə orqanlarına müraciət etməsi ilə bağlı münasibətini öyrənib. Hələ belə bir fikri olmadığını söyləyən E.Əlibəyli, əgər telefon zəngləri və sosial şəbəkələrdə təhdidlər davam edərsə, bu addımı atacağını bildirib. Məsələyə sənətkarların və əlaqədar qurumların laqeyd yanaşdığını da vurğulayan həmsohbətimiz onları da qınayıb. "Üzeyir bəy o qurumların deyil xalqındır. Üzeyir bəyin hesabına məcnunlar, leylilər, koroğlular və s. oynayıb adlar, orden alanlardan biri də onun müdafiəsinə qalxmadı. Toylar əldən çıxar deyib susanlar da oldu. Özgə vaxt Üzeyir bəyə tərif oxuyurlar. Məni də sosial şəbəkələrdə söyürlər ki, niyə danışmışam. Gəl, indi baş çıxart da, bizimkilərdən."

Baloğlan Əşrəfov: "Biz bu söhbətə öz aramızda nöqtə qoymuşuq."

Məsələ ilə bağlı digər tərəf Baloğlan Əşrəfovun da fikirlərini öyrəndik. " Bu məsələni kimlər yenidən müzakirə edir bilmirəm. Verilişdən sonra bizim aramızda söhbət oldu və razılaşdıq ki, məsələyə nöqtə qoyaq. Kimlər hansı maraqla bu məsələni şişirdirlər bilmirəm. Yəqin onlar da bundan pul qazanırlar. Söhbətdi oldu bitdi. O qədər dərdimiz var ki. Allah şahiddir ki, mən Üzeyir bəy haqqında o sözləri deməmişəm. O vaxt da sözüm təhrif edildi. Mən məsələni uzatmaq istəmirəm." B.Əşrəfov "başını kəsərəm" sözünə də münasibət bildirib. "Demədiyi sözə görə ittiham olunanda istənilən adam bu reaksiyanı verə bilər. Mən əsəbi adamam, ağır xəstəlik keçirtmişəm. Əlbəttə belə bir sözə reaksiyam da emosianal, əsəbi olacaq. Mən dediyim sözü danan insan deyiləm, sözümün arxasında dayanmışam hər zaman. Bir daha deyirəm mən Üzeyir bəy haqqındda elə sözlər deməmişəm. Araqarışdıranlar uzatmasınlar, biz bu söhbətə öz aramızda nöqtə qoymuşuq."

Kamran Həsənli: "Bu məsələdə barışdırıcı mövqedəyəm"

Məsələ ilə bağlı "Onda başladıq" verilişinin aparıcısı Kamran Həsənlinin də fikirlərini öyrəndik:  "Üzeyir Hacıbəyli ilə bağlı məsələ Elçin Əlibəylinin verilişində yaranıb. B.Əşrəfov verilişdə Üzeyir bəylə bağlı o fikirləri demədiyini bildirdi. Amma çox emosianal və əsəbi idi. Onu da qeyd edim əsəbi tez bir zamanda keçdi. Hətta reklam fasiləsində sakit şəkildə müzakirə oldu. B.Əşrəfovun veriliş zamanı səsləndirdiyi təhdidə gəlincə isə, mən bunu elə verilişdə də dedim ki, canlı yayımda etik qaydaları pozmaq olmaz. İnsanı təhdid etmək yaxşı bir hal deyil. Bu məsələdə barışdırıcı mövqedəyəm."

Cəmilə Məmmədova





Aliexpress INT
6 Aprel, 2018  11:05 Baxılıb: 790 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
17 Aprel, 2018  10:49






13 Aprel, 2018  09:44

11 Aprel, 2018  21:41




10 Aprel, 2018  18:19


9 Aprel, 2018  11:21




6 Aprel, 2018  09:50








31 Mart, 2018  10:54









28 Mart, 2018  10:07

27 Mart, 2018  16:05










19 Mart, 2018  10:43


19 Mart, 2018  09:41

19 Mart, 2018  09:40