Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

MTRŞ: Mənəvi dəyərlər baxımından narahatlıq yaradacaq ciddi hal yoxdur

Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də yayımlanan “ZAURla GÜNAYdın” verilişində aparıcı Zaur Baxşəliyevin efirə hamam xalatı ilə çıxmasına münasibət bildib.

MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş verilişin həmin hissəsi şoudur və burada nə qanunvericilik, nə də mənəvi dəyərlər baxımından narahatlıq yaradacaq ciddi hal yoxdur.

Onun sözlərinə görə, Şuranın kompetensiyasına efirdə konkret qanun pozuntuları, milli-mənəvi dəyərlərə zidd hallar və ictimaiyyəti narahat edən digər davamlı ciddi neqativ tendensiyalar daxildir: "Bu aspektdə bütün proseslər diqqətdə saxlanılır və yayımçıların efiri daimi monitorinq nəzarətindədir. Mütəmadi olaraq qeydə alınan nöqsanlar və görülən tədbirlər barədə ictimaiyyət məlumatlandırılır. Lakin bu o demək deyil ki, biz şou verilişlərdə şou naminə edilən hər bir eksperimentə dərhal sərt müdaxilə etməliyik. Bu, yayımçıları lüsumsuz gərginlikdə saxlamağa gətirib çıxara bilər. Bu mənada sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş ATV kanalının efirində “Zaurla günaydın” verilişində baş verənlər şoudur və burada nə qanunvericilik, nə də mənəvi dəyərlər baxımından narahatlıq yaradacaq ciddi hal yoxdur. Bununla belə, hesab edirəm ki, elektron media və sosial şəbəkələrin teleradio məkanında baş verənləri diqqətdə saxlaması təqdirəlayiqdir və yayımçılar fəaliyyətlərində bu faktoru mütləq nəzərə almalıdırlar”. Report






19 Mart, 2018  10:55 Baxılıb: 1596 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ

16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














sagbanner