Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

RÖVNƏQ ABDULLAYEV QƏZETDƏN MƏTBUAT ŞURASINA ŞİKAYƏT ETDİ -EKSKLÜZİV

“Ölkə” qəzeti "SOCAR-ın tam məxfi əmrləri” yazısına görə, müzakirəyə çıxarılacaq

Azərbaycan Respublikası Dövlət Neft Şirkəri (ARDNŞ) "Ölkə" qəzetilə bağlı Mətbuat Şurasına müraciət edib. Buna səbəb kimi qəzetin 05-11 may 2011-ci il tarixli sa­yında dərc olunmuş "SOCAR-ın tam məxfi əmrləri" sərlövhəli məqələ göstərilir. 

Sözügedən məqalədə ARDNŞ-in hesabatlarının tam əhatəli olmamasından, qurumun fəaliyyəti barədə informasiya əldə etməyin çətinliyindən, SOCAR brendi altında xarici ölkələrdə qurulmuş biznes şəbəkəsi vasitəsilə əldə olunan gəlirlər barədə ictimaiyyətə məlumat verilməməsindən, eləcə də mənşəyi bəlli olmayan şirkətlərlə müqavilələr bağlanmasından bəhs olunub.

ARDNŞ-nin məktubunda qeyd olunur ki, şirkət və onun prezidenti cənab Rövnəq Abdullayevin fəaliyyəti ictimaiyyət üçün açıqdır və bu haqda şirkətin rəsmi saytından kifayət qədər informasiya almaq mümkündür.

ARDNŞ “Ölkə” qəzetinin "Kütləvi İnformasiya Vasitələri Haqqında" Qanunun 8-ci maddəsinə əməl etmədiyini əsas gətirərək nəşri qarşı tərəfin mövqeyini öyrənmədən məlumat yaymaqda ittiham edir.

“Ölkə” qəzeti isə ARDNŞ-nin Mətbuat Şurasına ünvanladığı müraciətə cavab olaraq açıqlama yayıb.

Açıqlamada bildirilir: “Biz "SOCAR-ın tam məxfi əməlləri" başlıqlı məqaləni hazırlamazdan 10 gün öncə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə informasiya sorğusu göndərmişik(Fax: 521 03 83). Lakin təəssüf ki, sorğumuza ARDNŞ tərəfindən cavab verilməyib. Bundan başqa, biz dəfələrlə şirkətin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə zəng etmişik(Tel: 521 01 29). Çoxsaylı cəhdlərimizə baxmayaraq zənglərimizə cavab verən olmayıb”.

RUSLAN







3 İyun, 2011  17:42 Baxılıb: 1622 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner