Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

Metroda 30 könüllü bələdçi fəaliyyəti göstərəcək

Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı Bakı metropolitenində təşkil edilən sosial əhəmiyyətli layihələrdən biri də könüllülərin fəaliyyəti ilə bağlı olacaq. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, 2015-ci ildə Bakıda keçirilmiş Birinci Avropa Oyunları zamanı da metropolitendə könüllülərin xidmətindən istifadə olunmuşdu:

""Bakı Metropoliteni" QSC-nin rəhbərliyi bu uğurlu təcrübəni IV İslam Həmrəyliyi Oyunları zamanı da tətbiq edəcək. Metropolitenin Oyunların keçiriləcəyi arenaların, həmçinin şəhər mərkəzinin yaxınlığında yerləşən stansiyalarda fəaliyyət göstərən könüllülər üzərində "Ask me" (tərcüməsi – "Məndən soruş") yazılmış köynəkləri və metropolitenin atributları olan geyimləri ilə diqqət çəkəcəklər. Əsas məqsəd şəhərimizə təşrif buyurmuş qonaqların, xüsusən də əcnəbilərin metropolitendə koordinasiyalı hərəkətini, onların idman və sosial-mədəni obyektlərin səmtini rahatlıqla müəyyənləşdirməsini təmin etməkdir. Eyni zamanda, onlar lazım gəldikdə sərnişinləri digər faydalı məlumatlarla da təmin edəcək, İslam dünyasının bir parçası olan Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliği, paytaxtımızdakı idman və mədəniyyət yerləri haqqında maraqlı məlumatlar verəcəklər".

N.Paşayev bildirib ki, seçim mərhələsində namizədlər arasından 30 nəfər könüllü seçilib:

"Sonra onlarla müvafiq təlimatlandırma işi aparılıb, həmçinin könüllülərin çalışacaqları stansiyalarla tanışlıqları təmin edilib. Könüllülərin əksəriyyəti "Bakı-2015" Avropa Oyunları zamanı könüllü kimi metropolitenlə əməkdaşlıq ediblər. Bütün könüllülər müvafiq ləvazimatlarla, o cümlədən geyim dəsti və yaddaş kitabçaları ilə təmin ediliblər. Növbətçilik cədvəli isə onların təcrübəsinə uyğun müəyyən edilib. Könüllülər stansiyaların giriş-çıxışlarında iki növbəli rejimdə fəaliyyət göstərəcəklər".(trend)





Aliexpress INT
11 May, 2017  11:02 Baxılıb: 383 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


17 Noyabr, 2017  09:15

17 Noyabr, 2017  09:10



15 Noyabr, 2017  10:42

15 Noyabr, 2017  10:40





13 Noyabr, 2017  12:26



8 Noyabr, 2017  10:42








2 Noyabr, 2017  12:14

2 Noyabr, 2017  12:08




26 Oktyabr, 2017  09:39

26 Oktyabr, 2017  09:36


25 Oktyabr, 2017  12:55





25 Oktyabr, 2017  10:04



25 Oktyabr, 2017  09:35


25 Oktyabr, 2017  09:09




24 Oktyabr, 2017  11:26



24 Oktyabr, 2017  09:32

21 Oktyabr, 2017  10:49