Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Elmar Məmmədyarov: "Azərbaycana kömək edin"

Seçkilərdə ölkəmizin namizədliyini dəstəkləməyə çağırıb

ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Avropa ölkələrinin BMT yanında daimi nümayəndələri ilə görüş keçirib. 
XİN mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycan Respublikasının namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırıb, seçkilərdə ölkəmizin namizədliyini dəstəkləməyə çağırıb.

Nazir Elmar Məmmədyarov ölkəmizin regionda aparıcı dövlət olmasını, Azərbaycanın enerji strategiyası və iştirak etdiyi irimiqyaslı beynəlxalq layihələr barədə danışıb. Eyni zamanda nazir Azərbaycanın BMT çərçivəsində bir sıra vacib təşəbbüslərin müəllifi olduğunu və sivilizasiyalararası dialoqa töhfə verdiyini qeyd edib. Səfirlərlə görüş zamanı nazir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi barədə məlumat verib.

Görüşdə bir sıra qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xarici işlər naziri Elmar Məmmədyarov həmçinin Nyu-Yorkda Asiya ölkələrinin BMT yanında daimi nümayəndələri ilə görüş keçirib.
Nazir BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycan Respublikasının namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırmış, seçkilərdə ölkəmizin namizədliyini dəstəkləməyə çağırıb.

Görüşdə Azərbaycanda müstəqil siyasətin aparılması, Azərbaycanın regionda aparıcı dövlət olması, Xəzər-Qafqaz məkanında regional əməkdaşlığın inkişafında, xüsusən regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynaması, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində bir sıra vacib təşəbbüslərin müəllifi, ölkəmizin coğrafi baxımından Avropa və Asiya arasında körpü rolunun oynaması və sivilizasiyalararası dialoqa töhfənin verməsi qeyd edilib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi barədə Asiya ölkələrinin daimi nümayəndələrinə məlumat verən Nazir Elmar Məmmədyarov BMT TŞ-nın 1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərini azad etməsi ilə bağlı qəbul etdiyi 4 məlum qətnamənin Ermənistan tərəfindən indiyə qədər yerinə yetirilmədiyini təəssüflə qeyd edib və BMT nizamnaməsinə əsasən, TŞ-nin bu cür qətnamələrinin BMT-yə üzv olan dövlətlər tərəfindən yerinə yetirilməsi öhdəliyinin olmasını vurğulayıb.
Görüşdə bir sıra qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






2 İyun, 2011  16:37 Baxılıb: 1009 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner