Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İyunun 25-i, Kazanda

"Bu, çox ciddi və həssas işdir”

“Daqlığ Qarabağ münaqişəsinin həllində tərəqqiyə nail olmaq üçün Rusiya əlindən gələn hər şeyi etməyə hazırdır”. Simsar.az-ın “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin departament direktoru Andrey Kelin deyib: “Biz əlimizdən gələn hər şeyi etməyi hazırıq, amma irəliləyiş tərəflərin iradəsindən asılıdır”. 


Rusiya və Azərbaycan prezidentlərinin iyunun sonunda Kazanda keçirəcəkləri görüşü şərh edən Rusiya xarici siyasət idarəsinin rəsmisi bildirib ki, bu görüşə ciddi hazırlıq gedir: “Hazırda prezidentlər bunun üzərində işləyir, xarici işlər nazirləri isə onlar üçün müvafiq sənədləri hazırlayırlar. Biz habelə hazırlıq işlərində iştirak edirik. Bu, çox ciddi və həssas işdir”.


Xatırladaq ki, bir qədər öncə “İnterfax” agentliyi diplomatik mənbələrə istinadən bildirib ki, iyunun 25-də Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü olacaq.
Qeyd edək ki, bu görüş Rusiya prezidenti adına ənənəvi at yarışları çərçivəsində baş tutacaq.






2 İyun, 2011  16:15 Baxılıb: 1038 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner