Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Kliçko: "Əlaqələrin daha sıx olması vacibdir"

Bakıdan öyrənə biləcəyimiz, beynəlxalq tədbirlərin keçirilməsi baxımından əldə edilmiş müsbət təcrübədən istifadə etmək üçün çox şey var".Bunu Bakıda səfərdə olan Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan Prezidenti İlham Əliyev ilə bu gün baş tutan görüşü şərh edən V.Kliçko Kiyev və Bakı arasındakı əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirə olduğunu bildirib.

"Bu əlaqələrinin daha sıx olması çox vacibdir", - Kliçko vurğulayıb. O, biznes, mədəni əlaqələrin, idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

O, Bakının bundan əvvəl "Eurovision" mahnı müsabiqəsi kimi yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etdiyini xatırladıb və bu təcrübənin Kiyev üçün faydalı ola biləcəyini qeyd edib.

Kiyev meri Bakıda keçirilən Şopinq festivalını şərh edərkən belə tədbirlərin insanlara daha geniş imkanlar verəcəyini bildirib: "Bu, şəhərin, o cümlədən turizm potensialının inkişafına təkan olacaq".

Simsar.az






13 Aprel, 2017  13:25 Baxılıb: 1465 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner