Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Nazir:“Azərbaycan dünyanın qlobal xəritəsində vacib oyunçuya çevrilib”

“Xarici siyasətimizin çox vektorlu və balanslı olması bütün dövlətlər və beynəlxalq strukturlarla maraqların qarşılıqlı hörmətinə söykənən bərabərhüquqlu münasibətlər qurmağa imkan verib. Nəticədə Azərbaycan xarici əlaqələrin coğrafiyasını xeyli genişləndirə, habelə beynəlxalq arenada möhkəm mövqelər və nüfuz əldə edə bilib”. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyanın “Nezavisimaya qazeta” nəşrində yer alan məqaləsində deyilir. E. Məmmədyarov qeyd edib ki, transmilli nəqliyyat-kommunikasiya və enerji layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan regionun iqtisadi liderinə və dünyanın qlobal xəritəsində vacib oyunçuya çevrilib.

Azərbaycan-Rusiya münasibətlərinə gəldikdə isə nazir onların strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirərək iki ölkənin bir çox əsas məsələlərlə bağlı mövqelərinin üst-üstə düşdüyünü vurğulayıb. Onun sözlərinə görə, bu gün Rusiya ilə bir çox tərəfdaşlıq əlaqələri sınaqdan keçdiyi halda, Azərbaycan-Rusiya münasibətləri bütün sahələri əhatə etməklə intensiv şəkildə inkişaf edir.

E. Məmmədyarov qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri həmçinin üçtərəfli regional əməkdaşlıq formatındakı mexanizmlər vasitəsi ilə zənginləşir. Nazir bildirib ki, Azərbaycan-Rusiya-İran formatında əməkdaşlıq trans-regional tərəfdaşlığın inkişafı üçün strateji əhəmiyyətə malikdir.

E. Məmmədyarov iki ölkə arasında humanitar sahədə əməkdaşlığın da inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, mədəniyyətlərarası əməkdaşlığın inkişafında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi rol oynayır. Nazir qeyd edib ki, Fondun yardımı ilə Rusiya ərazisində məktəblər rekonstruksiya olunub, uşaq əyləncə şəhərciyi açılıb, Rusiya-Azərbaycan dostluğu körpüsü inşa edilib, habelə xeyriyyə aksiyalar keçirilir.

E. Məmmədyarov turizm sahəsinə də toxunub. Bu sahənin yaxşı inkişaf perspektivlərinin olduğunu deyən nazir qeyd edib ki, hər il Rusiyadan Azərbaycana gələn turistlərin sayında artım var.(apa)






4 Aprel, 2017  11:52 Baxılıb: 1748 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner