Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Fiziki imkanları məhdud gənclərin inteqrasiyasına dəstək” layihəsi həyata keçirirlir

Fiziki imkanları məhdud Azərbaycan vətəndaşlarının maddi və mənəvi tələbatlarının ödənilməsi, onların cəmiyyətə inteqrasiyası sahəsində dövlət siyasətinin formalaşdırılması və təkmilləşdirilməsi hələ ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə uğurla həyata keçirilməyə başlamış, dövlət başçısı İlham Əliyevin prezidentliyi dövründə isə iqtisadiyyatın daha da güclənməsi sayəsində özünün inkişafında daha yüksək pilləyə qalxıb. Müasir dövlət və rifahlı cəmiyyət quruculuğu yolunda mühüm tarixi nailiyyətlər qazanan Azərbaycan sosial dövlət statusunu daim gücləndirən, hər bir vətəndaşının, eyni zamanda əlilliyi olan vətəndaşlarının sosial rifah halını təmin etmək üçün fəal siyasətə malik bir ölkəyə çevrilib.

Fiziki imkanları məhdud Azərbaycan vətəndaşları arasında minlərlə gənc var. Müasir dövrdə məhz fiziki imlanları məhdud gənclərin yeni iqtisadi şəraitdə mənafelərinin qorunması ilə yanaşı onların cəmiyyətə inteqrasiya olunması, cəmiyyətin bərabərhüquqlu üzvünə çevrilməsi, eləcə də asudə vaxtlarının təşkil olunması da dövlət qarşısında mühüm vəzifələrdən biri kimi çıxış edir.

Fiziki imkanları məhdud gənclərin cəmiyyətə sürətli və tamhüquqlu inteqrasiyasının təmin olunması işində dövlətlə yanaşı ictimaiyyətin də həssas yanaşması, bu işə töhfəsini verməsi xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün isə ictimaiyyətin maarifləndirilməsi, onların bu istiqamətdə məlumatlandırılması önəmlidir.

Azərbaycan Maarifçi Gənclər Təşkilatı “Azərbaycan Gəncləri 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq fiziki imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiyası və asudə vaxtlarının təşkili sahəsində maarifləndirmə işinin aparılması və eləcə də ictimaiyyətin onlara bu işdə anlayış və həssaslıqla yanaşmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Fiziki imkanları məhdud gənclərin inteqrasiyasına dəstək” adlı layihənin  icrasına başlamışdır.

Martın 7-dən hazırlıq prosesinə başlayan layihə  çərçivəsində  İctimai Radioda  fiziki imkanları məhdud gənclərin cəmiyyətə inteqtrasiyası və asudə vaxtlarının təşkili ilə bağlı təhsil, sosial müdafiə, psixoloq, idman, əyləncə, peşə hazırlığı və s. istiqamətdə hər biri 30 dəqiqə olmaqla 4 radio proqram  yayımlanacaq. Son vaxtlar paytaxtımızda dayanacaqlarda fiziki imkanları məhdud şəxslərin  avtomobilləri üçün park yerlərinin yaradılması və həmin yerlərin digər avtomobil sahibləri tərəfindən tutulmasının qarşısını almaq məqsədilə maarifləndirici məzmun daşıyan posterlər çap edilərək Park Bulvar AVM-də asılacaqdır.







3 Aprel, 2017  11:04 Baxılıb: 1144 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner