Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

SİZ-də MƏTBUATA FIRILDAĞ GƏLDİZ?-REPLİKA

Türk serial çəkənləri oyun qurdu

Bir neçə gün öncə Sibirdə tapılan naməlum məxluq görənləri heyrətə salmışdı. İki gəncin gəzinti zamanı qar üstündə tapıb, görüntülərini internetdə yaydığı məxluq “yadplanetli” adlandırılırdı. 

Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, videonu çəkən 18 yaşındakı Timur Hilall və 19 yaşlı kiril Vlasov boyat çörəkdən hazırladıqları əndirəbadi görüntünu “yadplanetli” kimi ən nüfuzlu KİV-lərin manşetlərinə qədər daşıya bildilər.

Növbəti mətbuatı aldayma "Milliyet" qəzeti vasitəsi ilə azərbyacanlı həmlarlarımızın da diqqətini cəlb edib.

“Türk aktyoru yataq səhnəsinin çəkilişlərində ehtiraslandı”. Başlıqlı xəbərdə deyilir ki, məşhur türk aktrisa və model Hande Ataizinin "Özel Hayatlar" serialından ayrılmasının səbəbləri bəlli olub. Sən demə, Ataizi teleserialın səhnələrindən birinin çəkilişi zamanı tərəf-müqabili Cihan Ünal ilə yataqda olmalıymış. Ünal roluna elə "aludə" olub ki, Ataizi axırda sinirlənib, "Əllərini yığışdır! Həddini aşdın!" qışqırıb. Ünal isə əhvalını pozmadan "Mən sağlam kişiyəm" deyib.

Guya bu hadisə Ankarada, Şinasi səhnəsinin çəkildiyi zaman yaşanıb.


Əladı. Ən azı bir operator, bir rejissor, onların hərəsinin bir köməkçisinin olduğu otaqda zorlama hadisəsi baş verir, hadisə lentə alınır, kimsə kişinin qarşısına keçib vəziyyətin nəzarət çıxaraq daha pis məcraya yönəlməsinin qarşısını almağa cəhd belə göstərmir.

Və çəkiliş internet saytlarına yayılır. Filimin rəhbərliyi qorxmur ki, hadisəyə polis müdaxilə edə bilər.

Olur. Azərbaycanın yaşlı şairlərindən hazırlanan bir neçə reportaja baxmışam. Şair təkliyini göstərmək üçün pərdəni azca aralayıb, aya baxır, hə, baş barmağı çənəsində.

Stop: axı, ay şair, sən həmin an tək deyilsən, süjetin müəllifləri-rejissor, operator içəridə, yanındadı.

Şair də bu qədər saxtakarlıq edərmi? Görünür, edər. Əgər belədirsə, aktyorlar niyə zorlama oyunu oynamasınlar?

Anar İsaoğlu






1 İyun, 2011  20:29 Baxılıb: 1463 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner