Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İran səfiri BDU-da olub

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə və İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi Bakı Dövlət Universitetində (BDU) olublar.

BDU-nun mətbuat və informasiya şöbəsindən Simsar.az-a bildirilib ki, rektor, akademik Abel Məhərrəmov son illər ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etməsindən danışıb. İranın bir neçə ali təhsil ocağı ilə uğurlu əməkdaşlıq əlaqələrindən danışan rektor birgə tədqiqatların aparılması və dərsliklərin, jurnalların hazırlanmasından bəhs edib. Rektor davamlı olaraq, fars dili olimpiadası və bayramlarının keçirilməsini, BDU müəllimləri və tələbələrin İran universitetlərində təşkil olunan beynəlxalq konfranslarda iştirakını diqqətə çatdıraraq bu işlərin həyata keçirilməsində səfirlik və Mədəniyyət Mərkəzinin dəstəyini yüksək dəyərləndirib, fəaliyyəti başa çatmaqda olan İbrahim İbrahimiyə minnətdarlığını bildirib.

Cavad Cahangirzadə görüş ərəfəsində BDU-nun laboratoriyaları, Nanotexnologiya mərkəzi ilə tanış olduğunu, universitetdə yaradılan elmi mühitin onda xoş təəssürat oyatdığını, İran universitetləri ilə birgə layihələrin də hər iki ölkəyə müsbət təsir edəcəyinə əminliyini ifadə edib. Səfir bu sahədə planlaşdırılan layihələrin reallaşdırılması istiqamətində istənilən dəstəyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, görüşdə elmi işlər üzrə prorektor, professor Aydın Kazımzadə, Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov və İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov  iştirak edib.






31 Mart, 2017  16:03 Baxılıb: 1672 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner