Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nazir Müşfiqin abidəsindən danışdı

"Mikayıl Müşfiqin abidəsi Mədəniyyət və Turizm Nazirliyinin nəzarəti altında bərpa olunub”.

Bunu mədəniyyət və turizm naziri  Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, abidə yerinə qoyulanda ona heç bir ziyan vurulmayıb: “Bu məsələ dərhal nəzarət altına götürüldü. Bərpa layihəsinə Memarlar İttifaqı və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən baxılıb, təsdiqlənib. Bakı şəhəri, Azərbaycanın digər regionları inkişaf edir. Nə isə sökülür, nə isə yenidən qurulur. Bu təbii proseslər davam edəcək. Lakin dövlət qanunvericiliyi çərçivəsində bu işlər razılaşdırılmalı, layihələndirilməli və düzgün istiqamətləndirilməlidir. İctimaiyyət bu haqda qabaqcadan xəbərdar edilməlidir. Bizim mövqeyimiz bundan ibarətdir. Bakıda aparılan işlər onu göstərir ki, şəhərin inkişafı düzgün istiqamətdədir. Bakı genişlənir və gözəlləşir”.

Qeyd edək ki, M. Müşfiqin heykəli martın 27-də yerinə qoyulub. Abidə həmin ərazidə, bir qədər geridə, binanın qarşısında bərpa olunub. Bu gündən ərazidə abadlıq işlərinə başlanılıb. (apa)






28 Mart, 2017  14:18 Baxılıb: 1959 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner