Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Prokuror qardaşını bıçaqlayan şəxsə cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamada təqsirləndirilən Kamran Əlicanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında K.Əlicanovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti prosesi aprelin 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyulun ayında Abşeron rayonu Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini 39 yaşlı K.Əlicanov qardaşı Qılman Əlicanovu aralarında yaranmış münaqişə zəmnində bıçaqlayıb.

Xəstəxanaya çatdırılan Q.Əlicanovun həyatını xilas etmək mümkün olub.

Daha sonra K.Əlicanov polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.






27 Mart, 2017  15:43 Baxılıb: 1395 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner