Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mövlud Mövludun intihar səbəbi məlum oldu

Martın 15-də saat 02 radələrində Binəqədi rayon sakini, “Teleqraf.com” agentliyinin redaktoru, 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlunun Binəqədi rayonu ərazisində işlədiyi agentliyin yerləşdiyi binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bakı şəhər prokurorluğundan Simsar.az–a verilən xəbərə görə, rayon prokurorluğu və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilmiş, çoxsaylı şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla müəyyən edilib ki, M.Abdullayevin intihar etməsinə səbəb ilkin ehtimala görə həyat yoldaşı ilə ailə münasibətlərinin pozulması olub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.






17 Mart, 2017  15:08 Baxılıb: 1710 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner