Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Erməni mafiyasının fırıldaqlarından konqresmenlərə müraciət

Amerikadakı azərbaycanlılar tələb edir

ABŞ-dakı Azərbaycan diasporu Konqres üzvlərinə və yerli mediaya erməni mafiyasının tibbi sığorta fırıldaqları ilə bağlı məktublar göndərir.

Bu barədə APA-nın Vaşinqton müxbiri məlumat verir.

“Arsen Bedjanyan və Sarkis Tadevosyan Qərbi Virciniyada tibbi sığorta fırıldaqları ilə məşğul olduqları üçün 2011-ci ilin mayında ABŞ xüsusi xidmət orqanları və Qərbi Virciniya polisi tərəfindən həbs olunublar. 2011-ci il fevralın 16-da Los-Ancelesdə, Mayamidə və Denverdə reket, bank fırıldaqları, şəxsi məlumatların oğurlanması, adam oğurluğu və narkotik maddə qaçaqmalçılığı ilə məşğul olan erməni cinayətkar qrupunun 100-ə yaxın üzvü həbs olunub”.

Məktub müəlliflərinin dediyinə görə, cinayətkarlar kredit kartlarının surətinin çıxarılması, kredit və ödəniş kartları ilə bağlı informasiyanın oğurlanması məqsədilə saxta çeklərdən istifadə olunması kimi fırıldaqlarla məşğul olub, pərakəndə satış mərkəzlərində yüzlərlə müştərinin hesabını boşaldıblar. Onlar yaşlı ABŞ vətəndaşlarının bank hesabından 10 milyon dollara yaxın pul oğurlayıblar.

“Bu, son bir ildə erməni-Amerika cinayətkar qrupları tərəfindən törədilən üçüncü belə cinayətdir. Bu cinayətlər ABŞ hökumətinə, biznesinə və yaşlı vətəndaşlara qarşı yönəldilib. 2010-cu ilin oktyabrında Federal Təhqiqat Bürosu, Daxili Gəlirlər Xidməti və yerli hüquq-mühafizə orqanları tərəfindən 52 etnik erməni həbs olunub. Onlar az gəlirli vətəndaşlara tibbi xidmət göstərmək üçün həyata keçirilən Medicaid proqramından 163 milyon dollar pul oğurlayıblar. Bu erməni qanqsterlərinin ABŞ ərazisində törətdikləri ilk cinayət deyil. İki il əvvəl, 2008-ci ildə 6 erməni FTB tərəfindən 2 milyon dollarlıq fırıldaqda ittiham olunub. 1999-cu ildə ermənilər Kaliforniyanın Medicaid proqramından bir milyard dollar oğurlayıblar. Bu dünya tarixində tibb sahəsində baş vermiş ən böyük fırıdaq idi”.

“ABŞ Ermənistana və Dağlıq Qarabağdakı cinayətkar rejimə hər il göstərilən maliyyə yardımını dayandırmalıdır. Biz erməni canilərin asanlıqla ABŞ-a gəlib fırıldaqla məşğul olmasına və bizim pullarımızı oğurlamasına imkan verməməliyik. Onlar Ermənistana arxayındırlar, bu ölkənin prezidentinin himayəsi altındadırlar. Ermənistan prezidenti bizdən maliyyə yardımı alır, sonra isə İraqda əsgərlərimizin ölümünə səbəb olan silahların satışı ilə məşğul olur”.

“Bu fırıldaqlar, reket və yaşlı vətəndaşların hesablarının qarət olunması halları bizi - ABŞ-ın vergi ödəyicilərini narahat edir. Sizi, ABŞ-dakı erməni fırıldaqçıları ilə əlaqədar olan Ermənistan hökumətinə maliyyə yardımı göstərəndə ehtiyatlı olmağa, bunun əvəzində bizim hüquq-mühafizə orqanlarımızın maliyyələşdirilməsini gücləndirməyə çağırırıq”.






1 İyun, 2011  15:36 Baxılıb: 1122 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner