Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İslam Həmrəylik Oyunları zamanı nəqliyatın hərəkəti dəyişdiriləcək

May ayının 12-22-də Bakı şəhərində keçiriləcək IV İslam Həmrəylik Oyunları zamanı nəqliyatın hərəkəti, avtomobillərin oyunların keçirildiyi məkanların ərazisinə giriş və çıxışı xüsusi icazə əsasında həyata keçiriləcək.

Bu barədə Bakı şəhər İcra Hakimiyyətində oyunlarla bağlı keçirilən mətbuat konfransında bildirilib.

Həmçinin, Oyunlar zamanı yarış məknalarının ətrafında nəqliyyatın hərəkətinə və parklanmaya məhdudiyyətlər tətbiq olunacaq. Bu, həmin ərazilərdə yaşayan sakinlərin və şirkətlərin fəaliyyətinə təsir edəcək narahatlığı minimuma endirmək məqsədilə icra ediləcək.

***

Tədbirdə bildirilib ki, IV İslam Həmrəylik Oyunları zamanı Nəqliyyatın Hərəkətinə Nəzarət Zonaları yaradılacaq. Bu zonalara xüsusi buraxılış vəsiqələri olan nəqliyyat vasitələri daxil ola biləcək. Buraxılış vəsiqəsi olmayan digər nəqliyyat vasitələrinin bu zonaya daxil olmasına icazə verilməyəcək.

Yarış məkanlarından Bayıl Arena, Ağır Atletika Akademiyası/AZAL Arena, Tennis Akademiyası əraizisində sakinlərin və biznes obyektlərinin fəaliyyət göstərdiyini nəzərə alaraq, onların bu əraziyə girişini təmin etmək məqsədilə giriş-çıxış icazəsi veriləcək. Digər yarış məkanlarında Nəqliyyatın Hərəkətinə Nəzarət Zonalarında yaşayış binalarının və şirkətlərin olmadığını nəzərə alaraq, bu ərazilər üçün heç bir buraxılış nəzərdə tutulmayıb.

***

İcazələr Bakı şəhər İcra Hakimiyyəti tərərindən veriləcək. Bunun üçün sözü gedən yaşayış məkanlarının ətrafında tətbiq olunacaq Nəqliyyatın Hərəkətinə Nəzarət Zonalarında yaşayan sakinlər və fəaliyyət göstərən şirkətlər müvafiq rayonların Mənzil İstismar Sahələrində (MİS) 14-31 mart tarixlərində qeydiyyatdan keçməlidir.

"Bundan başqa, Oyunlar zamanı bütün yaşayış məkanlarının ətrafında nəqlliyyat vasitələrinin parklanmasına məhdudiyyətlər qoyulacaq. Bu ərazilər polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılacaq və park olunan avtomobillər təxliyyə edilərək cərimə meydançalarına aparılacaq. Ümumilikdə, Nəqliyyatın Hərəkətinə və Parklanmaya Nəzarət Zonaları 1-25 may tarixlərində fəaliyyət göstərəcək və bu müddət ərzində şəxsi avtomobili olan vətəndaşlara ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur", - deyə toplantıda bildirilib.(report)_






15 Mart, 2017  16:07 Baxılıb: 1124 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner