Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Vitse-spiker: Sizi daha qətiyyətli addımlar atmağa çağırıram

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin bu gün Bakıda keçirilən iclası AŞPA ilə Azərbaycan arasında gələcək inkişaf üçün mühüm töhfə olacaq.

Bunu Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin Bakıda keçirilən iclasında deyib.

V.Ələsgərov bildirib ki, Azərbaycan artıq 17 ildir ki, AŞPA-nın üzvüdür və bu təşkilatla sıx əməkdaşlıq edir. Milli Məclis AŞPA ilə münasibətlərin bundan sonra hərtərəfli inkişafında maraqlıdır, lakin bu münasibətlər mütləq şəkildə qarşılıqlı hörmətə əsaslanmalı və hər iki tərəfin maraqlarına cavab verməlidir.

V.Ələsgərov qeyd edib ki, bu gün keçirilən iclasda vacib məsələlər müzakirə olunacaq:

“Bu gün müzakirə edilən problemlə Azərbaycan müstəqillik əldə etdikdən sonra qarşılaşıb. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etməklə ölkəmizi ciddi problemlərlə qarşı-qarşıya qoyub. Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkün problemini həll etmək məcburiyyətində qalıb. 500 milyon əhalisi olan Avropa Suriyadan, İraqdan və digər ölkələrdən olan təqribən 2 milyon qaçqın probleminin həllində çətinlik çəkir, lakin 10 milyonluq Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkün problemini həll etmək məcburiyyətində qalıb. Biz şikayət etmirik, sadəcə beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünə ikili standartlarla yanaşır. Əgər bu məsələyə ədalətlə yanaşılsaydı, postsovet ölkələrində belə problemlər olmazdı. Mən sizi daha qətiyyətli addımlar atmağa çağırıram”.(trend)

 






15 Mart, 2017  10:30 Baxılıb: 1672 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner