Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Bəşər Əsəd xalqı qarşısında geriyə çəkildi

Suriya prezidenti BMT-yə "ölkəmdən çıxın" dedi

Suriya prezidenti Bəşər Əsəd amnistiya aktını imzalayıb. Simsar.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Müsəlman Qardaşları Hərəkatının üzvləri də daxil olmaqla, bir çox siyasi məhbuslar əfv olunub. 

Bu vaxta qədər Müsəlman Qardaşları Hərəkatına üzv olmağa görə belə edam cəzası tətbiq olunub. Amnistiya bu il mayın 31-ə qədərki müddətdə cinayət əməlinə yol verənlərə aid edilir.

Qeyd edək ki, son 2 ayda Suriyada keçirilən hökumət əleyhinə aksiyalara sərt müdaxilə nəticəsində 1000 nəfərdən çox insan həyatını itirib. Suriya müxalifəti bu böyük amnistiya aktını da yetərli saymayıb.

Bununla yanaşı, xartumdakı Sudan hökuməti ölkədəki BMT kontingentinin komandanlığına ultimatum təqdim edib. Sudan hökuməti iyulun 9-a qədər BMT sülhməramlılarının ölkəni tərk etməsini tələb edir. Rəsmi Xartum hesab edir ki, sülhməramlılar missiyalarını yerinə yetirib. 


BMT kontingentinin komandanlığı isə bəyan edib ki, sülhməramlıların ölkədən çıxarılması barədə qərarı Sudan hökuməti qəbul etmir, BMT özü istənilən vaxt belə qərar verəcək.


Qeyd edək ki, xristianların yaşadığı Cənubi Sudan müstəqilliyini elan etməyə hazırlaşır. Lakin Cənubi Sudanın neft-qazla zəngin Auye bölgəsinə iddiası ucbatından hazırda qanlı qarşıdurmalar davam edir. Xartum hökuməti Cənubi Sudanın bu iddiasını qəbuledilməz sayır.

 






1 İyun, 2011  14:58 Baxılıb: 1120 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner