Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

11 yaşlı uşaq futbol zamanı aldığı xəsarətdən öldü

Ağsu rayonunda məktəbli ağır xəsarət nəticəsində ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kəndoba kəndində qeydə alınıb. Kənd sakini, 2006-cı il təvəllüdlü Əliyev Əli Mehman oğlu başın əzilməsi, sol gicgah sümüyünün sınığı və beyinə qansızma diaqnozu ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına gətirilib. Uşağın vəziyyəti ağır olduğu üçün ona ilkin tibbi yardım göstərilib və o təcili olaraq müalicə üçün Bakı şəhərinə göndərilib. Kəndoba kənd orta məktəbinin 5-ci sinif şagirdi olan Əli Əliyev Bakıda xəstəxanada dünyasını dəyişib. Onun hansı səbəbdən travma aldığı məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, uşaq məktəbdə oynayarkən yıxılıb.

Ağsu rayon Prokurorluğundan APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, Ə. Əliyev təhsil aldığı məktəbin həyətində futbol oynayarkən yaxılaraq xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.






14 Mart, 2017  12:49 Baxılıb: 1468 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner