Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda “İlaxır çərşənbə”si şənliyi keçirilir

“İlaxır çərşənbə” günü münasibəti ilə Bakıda Novruz şənliyi təşkil edilib. Metronun “İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının arasındakı sahədə - qala divarları önündə Novruz personajları Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl  və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiəti ilə böyük bayram karvan  Suraxanı “Atəşgahı”na  yola düşüb.

Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq  İstiqlaliyyət küçəsi, “Beşmərtəbə dairəsi”, Heydər Əliyev Sarayının yanından keçməklə metronun “Sahil” stansiyası, Hökumət evi,  Ali Məhkəmənin qarşısından hərəkət edib Heydər Əliyev prospektinə çıxacaq və metronun “Koroğlu” stansiyasından Hava limanı avtomagistralı ilə hərəkət etməklə Suraxanı “Atəşgahı”na istiqamətlənəcək. “Atəşgah”dan od götürən bayram karvanı geriyə qayıdaraq hava limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsini keçərək Heydər Əliyev Sarayının arxasından keçməklə  “Fəvvarələr meydanı”ndan “Gənclər meydanı”na gələrək bayram tonqalı alovlandırılacaq və Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaq.

Bayram tədbiri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunub.






14 Mart, 2017  10:58 Baxılıb: 1494 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner