Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycanlı və erməni deputatlar görüşə bilərlər

Fransa Senatında Azərbaycan parlamentinin nümayəndələri ilə erməni deputatlar arasında görüşün keçirilməsi planlaşdırılır.

Bunu Bakıda səfərdə olan Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar Milli Məclisdə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, məsələ ilə bağlı Senat sədri ilə görüş olub və ondan müsbət rəy alınıb: “Bu istiqamətdə müəyyən müsbət addımlar atmaq olar. Görüşün vaxtı hələlik məlum deyil. Çünki bu hələlik bir təşəbbüsdür. Ancaq Senatın sədri ilə görüşdə ilkin razılığı almışıq. Prezidentlər bu qərarı təsdiq etdikdən sonra yer və tarix barədə dəqiq məlumat vermək olar. Parlament üzvlərinin görüşməsi məsələsi Senatın əvvəlki sədrinin vaxtında gündəmə gətirilib, lakin görüş baş tutmayıb. Əsas gözləntimiz odur ki, dondurulmuş statusa malik münaqişənin həlli istiqamətində müsbət irəliləyiş əldə edilsin. Münaqişə sabitliyə çox mənfi təsir göstərir, regionda gərginliyin hökm sürməsinə səbəb olur. Gözləntimiz görüşdə sadalanan neqativlərin aradan qaldırılması istiqamətində müəyyən addımların atılması olacaq”.(apa)






13 Mart, 2017  15:03 Baxılıb: 1641 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner