Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bankomatlar paytaxtda artır, regionlarda azalır

Azərbaycan ərazisində quraşdırılan bankomatların ümumi sayı aylıq müqayisədə 7 ədəd (+0,29%) artaraq, illik 112 ədəd (-4,35%) azalaraq 2017-cı il fevralın 1-nə 2 461 ATM təşkil edib.

Bu barədə Simsar.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bankomatların 1 332 ədədi Bakıda, 1 129-u regionlarda yerləşir. Yanvar ayında paytaxtda 10 ədəd bankomat quraşdırılıb, regionda 3 bankomat ləğv edilib.

Hesabata əsasən, 2017-ci il fevralın 1-nə ölkədə hər 4,0 min nəfərə bir bankomat düşüb. Əvvəlki ilin müvafiq dövründə isə bu göstərici 3,8 min nəfər/ATM təşkil edib. Bir ATM-ə düşən əməliyyatların orta aylıq həcmi cari ilin yanvar ayında 287,7 min manat olub. Bu da öz növbəsində əvvəlki ayla müqayisədə 32,6% azalıb, illik müqayisədə 11,7% artıb.

Cari il fevralın 1-nə ölkədə mövcud olan POS-terminalların sayı 71 164 ədəd təşkil edib. Bu da aylıq müqayisədə 642 ədəd və ya 0,9%, illik müqayisədə 7 288 ədəd və ya 9,3% azalma deməkdir.






11 Mart, 2017  14:03 Baxılıb: 1487 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner