Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Atasını öldürmək istəyənin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Sərxan Heydərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il noyabr ayının 10-da Quba rayonunda, 24 yaşlı Sərxan Heydərovun atası, 48 yaşlı Siyavuş Heydərova məxsus kafedə baş verib. Ata və oğul arasında yaranan mübahisə nəticəsində cinayət törədilib.

Belə ki, Sərxan Heydərov atasının boyun nahiyəsinə bıçaqla xəsarət yetirib. O, hadisədən sonra ərazidən qaçıb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Heydərov tutularaq istintaqa təhvil verilib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.(report)






9 Mart, 2017  11:25 Baxılıb: 1437 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner