Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan dilli Vikipediya bir pillə irəlilədi

Simsar.az xəbər verir ki, Vikipediya virtual ensiklopediyasının Azərbaycan dilində olan bölməsində hal-hazırda 115.214 məqalə var. 2014-cü il mart ayının 25-də Azərbaycan dilində Vikipediyada məqalələrin sayı “100000”-i keçmiş və beləliklə bu layihə Vikipediyanın “10 000+” bölməsindən “100 000+” bölməsinə adlamışdır.

Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə olan məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur. Bu aktivliyin yaranmasında azərbaycanlı idarəçilərin, eyni zamanda Vikipediyanın könüllü istifadəçilərinin fəaliyyətinin mühüm rolu vardır. Məhz bunun nəticəsidir ki, hal-hazırda vikipediya məqalələrinin yaradılması ilə bağlı reytinq cədvəlində Vikipediyanın Azərbaycan dilində olan bölməsi 2017-ci il mart ayının 1-də 56-cı pilləyə çatmışdır. Qeyd edək ki, hal-hazırda vikipediya virtual ensiklopediyası 295 dildə fəaliyyət göstərir. Bu göstəriciyə görə, Azərbaycanca vikipediya, taylandca vikipediyanı bir pillə üstələyib.

AMEA Mərkəzi Elmi Kitabxanasının Sərbəst Elektron Resuslarla iş şöbəsinin əməkdaşları da Vikipediya elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlərinə davam etməkdədir. Mərkəzdə Vikipediya ilə bağlı öyrədici seminarlar, görüşlər və tədbirlər müntəzəm formada təşkil edilir.






7 Mart, 2017  12:20 Baxılıb: 1536 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner