Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dənizdən tapılan cəsəd itkin düşən neftçi Elçin Həsənovundur

3 gün əvvəl “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyən edilərkən, onun dekabrın 15-də Xəzər dənizində əsən güclü küləyin estakadanın bir hissəsini dənizə uçurması nəticəsində itkin düşən neftçilərdən biri- 59 yaşlı mexanik Elçin Yaqub oğlu Həsənov olması barədə ehtimallar rəsmi təsdiqini tapıb.

Bu barədə məlumatı virtualaz.org saytının Şirvan bürosuna məhrumun qardaşı oğlu Vaqif Həsənzadə verib.

Xatırladaq ki, ötən gün saytımıza açıqlama verən Elçin Həsənovun oğlu Yaqub Həsənov cəsədin tanınmasında iştirak etdiyini, atasını tanıdığını bildirmiş və rəsmi təsdiq üçün məhkəmə-tibb ekspertizasının yekun rəyini gözlədiklərini demişdi.

Qeyd edək ki, Elçin Həsənovun yaşadığı Salyan şəhərində dəfn olunacağı gözlənilir.

Elçin Həsənov 1957-ci ildə Salyan şəhərində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Müxtəlif təşkilatlarda mühəndis işləyib. 20 ilə yaxın imiş ki, “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsində mexanik işləyirmiş. 2 övladı var. Həyat yoldaşı Sehranə Həsənova Salyan şəhər 2 saylı orta məktəbində müəllimə işləyir. Oğlu Yaqub Bakıdakı bankların birində mütəxəssisdir.

Elçin Həsənovun qardaşı Rakif Həsənov da uzun illər ARDNŞ-də Azərbaycan Dəniz Neft İnşaat Trestinin baş direktoru işləyib, ömrünün 50 ilini neft sənayesinə həsr edib. Hazırda 82 yaşı var, təqaüddədir.






7 Mart, 2017  12:09 Baxılıb: 1622 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner