Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İnternet klub işlədənlərin nəzərinə

Azərbaycanda internet klublarda uşaqlar üçün xüsusi kompüterlərin ayrılması və buna əməl etməyən klub rəhbərlərinin inzibati məsuliyyətə cəlb edilməsi təklif edilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov bildirib ki, bu məsələ komitə tərəfindən uşaqların internetdə qarşılaşacağı zərərli infomasiyalardan qorunması məqsədi ilə yeni hazırlanmış “Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsinə daxil edilib.

Onun sözlərinə görə, layihədə internet klublarında uşaqlar üçün ayrıca guşənin yaradılması məsələsi öz əksini tapıb: “Layihəyə görə, hər bir internet klubda 2 kompüter olmaq şərtilə, süzgəcdən keçirilmiş kompüterlər olmalıdır.

İnternet klubda internetdən istifadə etmək istəyən uşaqlar həmin kompüterlərdə əyləşdirilməlidir. Buna nəzarət edəcək qurum tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçiriləcək.

Monitorinq zamanı internet klubda uşağın süzgəcdən keçirilmiş kompüterdə deyil, digər kompüterdə əyləşdiyi aşkarlanarsa, onda klub rəhbərliyinin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub”.

Evdə uşaqların internetdən istifadəsinə valideyn tərəfindən nəzarət edilməsini vacib sayan S.Məmmədov əlavə edib ki, “Telekommunikasiya haqqında” qanuna əsasən, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması üçün abunəçinin müraciəti əsasında internet informasiya ehtiyatlarının təhlükəsiz istifadə imkanları təmin edilir: “Yəni abunəçi internet götürdüyü provayderə evinə süzgəcdən keçirilmiş internetin daxil olması üçün müraciət edir. Bununla da uşaqların sağlamlığına ziyan vura bilən hər hansı saytların açılmasına qadağa qoyulur. Abunəçi provayderlə müqavilə bağlayarkən bu məsələni tələb edə və bu cür formada da internet ala bilər”.

S.Məmmədov qeyd edib ki, “Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsi artıq müvafiq qurumlarla razılaşdırılıb. Hazırda layihəyə hökumət tərəfindən baxılır. Layihənin tezliklə Milli Məclisə təqdim edilməsi nəzərdə tutulur.

Yeri gəlmişkən, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” yeni hazırlanmış qanun layihəsi müzakirəyə çxıarılıb.

Komitənin sədri Aqiyə Naxçıvanlı bildirib ki, qanun layihəsi 5 fəsil 23 maddədən ibarətdir. Layihədə informasiya məhsulları və bu məhsulları qəbul edən şəxslərin yaş qrupları təsnifatlandırılır. Layihədə informasiya məhsullarının dövriyyəsinə aid ümumi tələblər, informasiya məhsulunun nişanı, infromasiya məhsulunun televiziya və radio yayımı vasitəsilə yayımlanmasına görə tələblər, məlumatın informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə yayılmasının xüsusiyyətləri, uşaqlar üçün qadağan olunmuş informasiya məhsullarının dövriyyəsinə əlavə tələblər əksini tapıb.

İclasda layihənin rəy və təkliflər nəzərə alınmaqla, yenidən komitədə müzakirəyə çıxarılması qərara alınıb.(Trend)

 






6 Mart, 2017  13:21 Baxılıb: 1471 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner