Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bərdə rayonunda avtomobil körpüsü yenidən qurulub

Bərdə rayonunun Əyricə və Yeni Əyricə kəndlərini birləşdirən, Tərtərçay üzərində yerləşən dəmir konstruksiyalı avtomobil körpüsü yenidən tikilərək istifadəyə verilib. Bu barədə Simsar.az-a "Azəravtoyol" ASC-dən bildirilib.

Məlumata görə, bu münasibətlə keçirilən tədbirdə qurumun sədri Saleh Məmmədov və digər rəhbər şəxsləri həmçinin rayon rəsmiləri və kənd sakinləri iştirak ediblər. Bildirilib ki, körpü 1981-ci ildə inşa edilib. Yenidənqurmadan əvvəl onun uzunluğu 35 metr, eni isə 4 metr olub. Körpü istismar müddətini başa vurduğu üçün xeyli müddətdir ki, qəzalı vəziyyətdə olub. Nəticədə ətraf kəndlərin sakinlərinin rayon mərkəzi ilə əlaqəsi xeyli çətinləşib. Avtonəqliyyat vasitələri rayon mərkəzindən kəndə və geriyə hərəkət etmək üçün əlavə 20 km-dən artıq məsafə qət etməli olublar. Bütün bunlar nəzərə alınaraq körpünün əsaslı bərpasına başlanılıb və obyekt Novruz bayramı öncəsi vətəndaşların istifadəsinə verilib.

Bərpa işləri zamanı yeni dayaqlar tikilərək, bərkidilib, körpünün üzərinin dəmir konstruksiyalarının qurulması işləri aparılıb. Körpünün eni 4 metrdən 5,5 metrə qədər genişləndirilib. Onun kənarlarına dəmir mühəccərlər quraşdırılıb, yük götürmə qabliyyəti 60 tona qədər artırılıb. Bununla yanaşı körpüyə gələn 1 km-dən artıq yanaşma yollarının asfaltlanması və körpü ətarfında sahil bərkitmə işləri aparılıb, həmçinin baraj bəndi də quraşdırılıb. Bu da körpünün aşırımlarını su yuyulmasından qoruyur.

Yeni körpü əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaq, rayon mərkəzi ilə kəndlərin avtonəqliyyat əlaqəsini yaxşılaşdırmaqla bərabər, həmçinin rayonun kənd təsərrufatının inkişafında da mühüm rol oynayacaq. Qeyd edək ki, yeni körpü 10 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir.






3 Mart, 2017  11:07 Baxılıb: 1565 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner