Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Komitə müsabiqə elan etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalar arasında Ümummilli Lider Heydər Əliyevin 94 illiyi münasibətilə “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda məqalə müsabiqəsi elan edir.

Komitənin Mətbuat Xidmətindən Simsar.az-a verilən məlumata görə, müsabiqəyə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin tənzimlənməsi, xalqımızın milli-mənəvi dəyərlərinin və çoxəsrlik adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi, o cümlədən Azərbaycan dövlətinin İsalm dünyasında vəhdətin, həmrəyliyin gücləndirilməsi istiqamətində gördüyü işlər barədə məqalələr göndərilə bilər. Eyni zamanda, ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant mühitdən, müxtəlif dinlərin və dini konfessiyaların nümayəndələrinin birgəyaşayış mədəniyyətindən, bu sahədə Azərbaycan təcrübəsinin dinlərarası və məzhəblərarası münasibətlərə verə biləcəyi töhfələrdən bəhs edən məqalələr də qəbul olunur.

1.Müsabiqənin şərtləri

- Məqalə innovativ və əhatəli olmalıdır;

- Müsabiqə elan olunduqdan sonra qəzet və ya elektron internet portallarında dərc edilməlidir;

- Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır. (1,5 aralıq məsafə ilə təxminən 3-4 A4 formatlı vərəq həcmində);

- Yazılar qəzetdə dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Dövlət Komitəsinə təqdim olunmalıdır;

- Elektron portalda dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) çap olunmalı və link əlavə edilərək Dövlət Komitəsinə təqdim edilməlidir.

2. Mükafat

I yer – 500 AZN

II yer – 400 AZN

III yer – 300 AZN

Hər biri 100 AZN olmaqla üç həvəsləndirici mükafat.

3. Müsabiqənin müddəti: 2 mart – 20 aprel 2017-ci il






2 Mart, 2017  11:32 Baxılıb: 1391 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner