Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Novruz Qartalın yubileyi qeyd olundu

Musiqili Teatrda əməkdar artist Novruz Qartalın 70 illik yubileyi ilə bağlı tədbir keçirilib.  Teatrın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Musiqili Teatrın direktoru Əliqismət Lalayev mərasimi açaraq N.Qartalın həyat və yaradıcılığından danışıb. O qeyd edib ki, N.Qartalın ən gözəl xüsusiyyətlərindən biri onun səmimiyyətidir: "Peşəsinə, yaradıcılığına, ətrafına, insanlara qarşı olan bu cəhəti onun xarakterinin fərqliliyinin bariz nümunəsidir. Ömrünün böyük hissəsini səhnədə, tamaşaçılar qarşısında keçirmək, tamaşaçıların sevgisini qazanmaq hər bir sənətçinin xoşbəxtliyidir”. Mədəniyyət və Turizm Nazirliyi adından nazir müavini Ədalət Vəliyev N.Qartalı təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb. Xalq artisti Azər Paşa Nemətin imzaladağı fəxri fərman yubliyara təqdim olunub. Daha sonra N.Qartalın sənət dostları olan xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Çingiz Əhmədov, Əkbər Əlizadə, Şövqi Hüseynov, habelə Təbriz Teatrının rəhbəri, İran İslam Respublikasında yaşayan soydaşlarımızın sevimli gülüş ustası Babək Nəhreyn, Dövlət Musiqili Teatrının direktor müavini, əməkdar mədəniyyət işçisi Elxan Ocaqov və başqaları onun həyat və yaradıcılığı haqqında çıxışlar ediblər.

N.Qartalın iştirakı ilə Musiqili Teatrın repertuarında olan müxtəlif tamaşalardan səhnəciklər nümayiş olunub.

Qeyd edək ki, Novruz Əliyev (Qartal) 1947-ci ildə anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun "Musiqili komediya aktyorluğu” fakultəsini bitirib. 1972-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır. Epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi tanınan Novruz Qartal Azərbaycan, eləcə də müxtəlif xarici dramaturqların əsərlərində onlarla yaddaqalan obrazlar yaradıb.

Novruz Qartal Azərbaycanın əməkdar artisti, Prezident mükafatçısıdır.






1 Mart, 2017  17:53 Baxılıb: 1904 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner