Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Məsləhət gördüm ki, abidə həmin ərazidə,binanın qarşısında bərpa olunsun”

“Layihədə abadlıq işlərinin görülməsi, Mikayıl Müşfiqin abidəsinin harada yerləşməsi, necə olacağı müəyyənləşməyib”. Bunu Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə deyib. O bildirib ki, şairin abidəsi müvafiq qanunvericiliyə uyğun olmayaraq aidiyyatı dövlət orqanına məlumat verilmədən götürülüb: “Bu, əlbəttə, yolverilməz hərəkətdir. Baxın, ətrafda yeni binalar tikilir, şəhərimiz gözəlləşir, yol tikintisi aparılır. Bu, vacib işlərdir. Amma quruculuq işləri həyata keçirilərkən hərtərəfli düşünülməli, müvafiq orqanlara məlumat verilməli, onların fikri öyrənilməli və bundan sonra düzgün qərar verilməlidir. Burada icra olunan iş üçün yalnız yolun layihəsi var. Amma layihədə abadlıq işlərinin görülməsi, heykəlin harada yerləşməsi, necə olacağı müəyyənləşməyib. Bizə təklif edirlər ki, qarşıda böyük meydan yaranıb, heykəl həmin meydanın ortasında qoyulsun. Bu, ola bilməz. Abidənin miqyası böyük olmadığına görə kiçik bağçada yerləşməlidir. Mən məsləhət gördüm ki, abidə həmin ərazidə, bir qədər geridə, binanın qarşısında bərpa olunsun”.  Qeyd edək ki, Mikayıl Müşfiqin 1970-ci ildə qırmızı qranitdən hazırlanan abidəsinin müəllifi əməkdar rəssam Münəvvər Rzayevadır. (apa)






1 Mart, 2017  15:18 Baxılıb: 1711 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner