Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Rabitə işi"ndə vəkillər arasında mübahisə düşdü

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində vəsatət qaldıran təqsirləndirilən şəxs Vidadi Zeynalovun vəkili Elxan Süleymanlı məhkəmə iclasında əsas diqqəti ittihamın əsaslarına yönəltmək istədiklərini bildirib. O qeyd edib ki, istintaq orqanı tərəfindən V.Zeynalova qarşı irəli sürülən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə verilən ittiham da əsaslı ola bilməz. İttiham aktında Məhəmməd Məmmədov və Oqtay Rüstəmova aid hissələrdə göstərilib ki, 2009-2015-cı il üzrə ƏDV ilə birlikdə 95 milyon 425 min manat vəsaiti saxta hesablarla tərtib etməklə başqa-başqa telekomunikasiya qovşaqlarına köçürərək, pulları sənədləşdiriblər: "Məhəmməd Məmmədov ƏDV ilə birlikdə 54 milyon vəsaitdən 42 milyonu nağdalaşdıraraq 37 milyon manatı Vidadi Zeynalova verib, 4 milyon 200 manatı özünə, 234 min isə Oqtay Rüstəmova verib".

Vəkil bildirib ki, M.Məmmədov istintaqdakı ifadəsinə görə, "Aztelekom" MMC-dən 2009-2015-ci illərdə daxil olmuş 128 milyon manat xidmət haqqı məbləği "Aztelekom" MMC tərəfindən nazirliyin göstərişi ilə telefon qovşağına, "Azərpoçt" MMC-yə, "Qafqaz-S" MMC-yə, "Optik Rabitə Montaj", "Kompas" və digər MMC-lərə köçürülüb, həmin vəsaitdən nazirliyin xəzinəsinə pul verilib. Prosesdə çıxış edən V.Zeynalovun digər vəkili Ceyhun Yusifov şahid Fətulla Baxşəliyevin ifadəsinin elan edilməsini istəyib. O bildirib ki, M.Məmmədov 4,6 milyon manat mənimsəmədə ittiham edilir.

Hakim qeyd edib ki, sənədlərin tədqiqi mərhələsində bu məsələləri araşdırmağa bir gün vaxt ayrılacaq.

M.Məmmədovun vəkili Şahin Rəfiyev isə bildirib ki, müvəkkilinə pul verilməsini sübut etmək prosesdə heç nəyi dəyişməyəcək.

Vəkil E.Süleymanov qeyd edib ki, istintaq eyni halı V.Zeynalova tətbiq etməyib.Bu zaman vəkillər arasında mübahisə düşüb. M.Məmmədovun vəkili V.Zeynalovun vəkillərini müvəkkilinin əleyhinə vəsatət verməkdə suçlayıb.

Məhkəmənin növbəti iclası martın 3-nə təyin edilib.(trend)






1 Mart, 2017  14:22 Baxılıb: 1628 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner