Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Beton zavodundakı ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Bakıda beton zavodunda baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb. Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı Qaradağ rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə tibbi ekspertin iştirakı ilə meyit müayinə edilib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

***

 

saat 10.09

 

Bakıda zavodda ölüm hadisəsi baş verib.

 

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzinə məxsus beton zavodunda qeydə alınıb. Orada sürücü işləyən, 1967-ci il təvəllüdlü Nurəddin Yaşar oğlu Hümbətov beton qarışdıran qurğunun arasına düşərək ölüb.

 

Faktla bağlı araşdırma aparılır.(apa)






1 Mart, 2017  11:45 Baxılıb: 1548 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner