Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Cocuq Mərcanlıda 421 ədəd qəlpə aşkar edilib

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 8 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib, 421 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.ANAMA tərəfindən 37 741 kv.m ərazi (15 210 kv.m ərazi əl, 12 500 kv.m ərazi mexaniki üsul, 10 031 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Agentlik 25 gün ərzində Cocuq Mərcanlı kəndində 103 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirib, 9 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843), 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası və 1 ədəd 100 mm-lik top mərmisi (OF-412)) və 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 26 ədəd tank əleyhinə mina (2 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar edərək zərərsizləşdirib, 742 450 kv.m ərazi (367 469 kv.m ərazi əl ilə, 173 500 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 88 481 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlayıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə Agentlik tərəfindən yanvarın 1-dən fevralın 28-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 107 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 968 ədəd partlamamış hərbi sursat, 64 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirib, 776 044 kv.m ərazi (401 063 kv.m ərazi əl ilə, 173 500 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 88 481 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Simsar.az






28 Fevral, 2017  18:07 Baxılıb: 1459 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner